“Qarabağ”ın rəqibi xal itirdi

“Qarabağ”ın rəqibi xal itirdi
12-08-2017 / 23:34 FUTBOL
818

Danimarka çempionatında V turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-offunda “Qarabağ”ın rəqibi olan “Kopenhagen” növbəti matçını keçirib.

 

Paytaxt təmsilçisi öz meydanında “Horsens”lə görüşüb. 31-ci dəqiqədə məğlub duruma düşən “Kopenhagen” Federiko Santanderin 77-ci dəqiqədki qolu ilə məğlubiyyətdən qaçıb – 1:1.

 

Qeyd edək ki, 5 oyunda 6 xal toplayan “Kopenhagen” 14 komanda arasında 7-cidi.