“Neftçi” mövsümə qələbə ilə başladı

“Neftçi” mövsümə qələbə ilə başladı
12-08-2017 / 23:40 FUTBOL
1123

Əvəzedicilərin Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 2017/18 mövsümünün ilk oyununda “Neftçi” və “Qarabağ” qarşılaşıb.

 

Paytaxt təmsilçisinin əvəzediciləri əsas komandanın 1:3 hesablı məğlubiyyətinin revanşını alıb. Belə ki, “ağ-qaralar” 1:0 hesablı qələbə qazanıb.

 

Görüşün taleyini Fəhmin Muradbəylinin 29-cu dəqiqədəki qolu həll edib.