Ruslan Lunyov irəlilədi

Ruslan Lunyov irəlilədi
16-08-2017 / 14:52 DİGƏR NÖVLƏR
440

Beynəlxalq İdman Atıcılıq Federasiyası reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan snayperləri də yer alıblar.

 

Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov ötən ayla müqayisədə mövqeyini yaxşılaşdırıb. O, həm 10 m, həm də 25 m məsafəyə atəş açmada 1 rəqibini qabaqlayıb. Lunyov müvafiq olaraq, 28-ci və 10-cu pilləyə qalxıb.

 

10 m məsafəyə atəş açmada Nigar Nəsirova isə mövqeyini qoruyub. O, yenə də 58-cidi.

 

Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb.