Yığmamız Almaniyaya şans vermədi

Yığmamız Almaniyaya şans vermədi
22-08-2017 / 09:37 STOLÜSTÜ OYUNLAR
811

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız ölkəmizdə təlim-məşq toplanışında olan Almaniya ilə qarşılaşıb.

 

Matç komandamızın asan qələbəsi ilə yekunlaşıb. 2 şahmatçımız lövhədən heç-heçə ilə ayrıldığı halda, digərləri rəqibini mat edib.

 

Azərbaycan – Almaniya – 4:1

Nərmin Xələfova (2239) – Yelizabet Paeş (2469) – 0,5:0,5

Gülnar Məmmədova (2357) – Sara Hult (2449) – 1:0

Ülviyyə Fətəliyeva (2323) – Yelena Levuşkina (2311) - 0,5:0,5

Zeynəb Məmmədyarova (2277) – Heynemann (2284) – 1:0

Xanım Balacayeva (2282) – Fiona Sieber (2277) – 1:0

 

Qeyd edək ki, avqustun 26-dək komandalar arasında daha 4 oyun baş tutacaq.