Nazim Babayev Universiadanın qalibi oldu

Nazim Babayev Universiadanın qalibi oldu
25-08-2017 / 17:16 ATLETİKA
1655

Azərbaycan atleti Nazim Babayev Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının qalibi adını qazanıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz üçtəkanla uzunluğa tullanma yarışının qızıl medalına layiq görülüb.

 

O, 17,01 m nəticə göstərməklə bütün rəqiblərini arxada qoyub. Babayev ən yaxın izləyicisini 4 sm qabaqlayıb.

 

Bununla da, Azərbaycan millisinin Universiada qazandığı medallarının sayı 8-ə çatıb. İdmançılarımız hələlik qızıl, 1 gümüş və 4 bürünc mükafata yiyələniblər.