Yığmamızın Oslodakı açıq məşqinin vaxtı açıqlandı

Yığmamızın Oslodakı açıq məşqinin vaxtı açıqlandı
30-08-2017 / 10:26 DÇ-2018
315

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Norveç – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanacaq. Apasport.az saytının məlumatına görə, avqustun 31-də yerli vaxtla saat 11:00-da Norveç milli komandasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq.

 

Meydan sahiblərinin baş məşqçisi Lars Laqerbekin mətbuat konfransı isə saat 12:15-də başlayacaq.

 

Azərbaycan milli komandasının çalışdırıcısı Robert Prosinçeki isə saat 20:15-də jurnalistlər önünə çıxacaq. Yarım saat sonra isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqimiz keçiriləcək.

 

Hər iki məşq və mətbuat konfransı “Ulleval” stadionunda baş tutacaq.
 

Qeyd edək ki, Norveç – Azərbaycan sentyabrın 1-də, Oslo şəhərindəki “Ulleval” stadionunda keçiriləcək.