“Meydanın tək hakimi biz idik” – norveçli futbolçu

“Meydanın tək hakimi biz idik” – norveçli futbolçu
02-09-2017 / 15:02 DÇ-2018
3283

“Bu qələbəni çoxdan gözləyirdik. Layiqli qalibiyyət əldə etdik”. Apasport.az saytının məlumatına görə, bunu Norveç yığmasının yarımmüdafiəçisi Sander Berge deyib.

 

19 yaşlı futbolçu yerli mətbuata açıqlamasında komandasının DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla keçirdiyi qarşılaşmanı dəyərləndirib.

 

Skandinaviyalıların 2:0 hesablı qələbə qazandığı görüşü 90 dəqiqə əvəz edilmədən keçirən gənc oyunçu daha baxımlı çıxış etmək üçün zamana ehtiyac duyduqlarını söyləyib: “İlk dəqiqələrdən final fitinə qədər meydanın tək hakimi biz idik və möhkəm futbol göstərdik. Yenidən qələbə qazanmaq gözəl hissdi. Bizə bir müddət vaxt lazımdı. Zaman keçdikcə daha güclü komanda olacağımıza inanıram. Azərbaycanla oyun da bunu göstərdi. Bir neçə gün sonra qarşılaşacağımız Almaniya önündə daha yaxşı çıxış etmək məcburiyyətindəyik”.

 

Qeyd edək ki, Norveç millisi qrupda növbəti oyununu sentyabrın 4-də Almaniyaya qarşı keçirəcək.