“Azərbaycan imkan verdiyimiz qədər oynaya bildi” - Elyunussi

“Azərbaycan imkan verdiyimiz qədər oynaya bildi” - Elyunussi
02-09-2017 / 15:38 DÇ-2018
4000

“Çox yaxşı oyunu geridə qoyduq. Rəqib heç də uğurlu çıxış etmədi”. Apasport.az saytının məlumatına görə, bu sözlər Norveç yığmasının yarımmüdafiəçisi Mohamed Elyunussiyə məxsusdu.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanı qəbul edən skandinaviyalılar 2:0 hesablı qələbə sayəsində qrupda 4-cü pilləyə yüksəliblər.

 

Matçla bağlı fikirlərini bölüşən 23 yaşlı futbolçu fərqlənə bilməməsinə üzüldüyünü etiraf edib. Elyunussi Azərbaycanla növbəti turdakı rəqibləri Almaniya arasındakı fərqdən də danışıb: “Azərbaycan imkan verdiyimiz qədər oynaya bildi. Mənim özümün də fərqlənmək üçün şanslarım oldu. Xüsusən də, iki epizodda qola çox yaxın oldum. Əlbəttə ki, qol vura bilməməyim məni narahat edir. Ancaq qələbə qazandığımız üçün çox sevincliyəm. İndi bu görüşü unudub Almaniya ilə matça köklənməliyik. Azərbaycan bizi fərdi səhvlərə görə cəzalandırmaq üçün kifayət qədər yaxşı deyildi. Ancaq Almaniya başqa rəqibdi. Onlara qarşı xırda səhv belə etməyə ixtiyarımız yoxdu”.

 

Qeyd edək ki, Almaniya – Norveç oyunu sentyabrın 4-də keçiriləcək.