Dünya çempionatının bayrağı Azərbaycana təqdim olundu - VİDEO

Dünya çempionatının bayrağı Azərbaycana təqdim olundu - VİDEO
03-09-2017 / 19:29 DÖYÜŞ NÖVLƏRİ
1323

Məlum olduğu kimi, 2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək. Apasport.az saytının məlumatına görə, bunula bağlı Macarıstanın Budapeşt şəhərində mötəbər yarışın bayrağının Azərbaycana təqdim etmə mərasimi keçirilib.

 

Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bu il dünya birinciliyini qəbul edən Macarıstan Cüdo Federasiyasına təşəkkürünü bildirərək simvolik bayrağı onlardan təhvil alıb və gələn il çempionatın təşkilatçısı, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib.

 

Bayrağın təqdimetmə mərasimindən sonra zaldakı ekranlarda 2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə Dünya çempionatının təqdimat videosu azarkeşlərə göstərilib.