DÇ-2018: Yığmamızın qrupu 3-cü sırada

DÇ-2018: Yığmamızın qrupu 3-cü sırada
05-09-2017 / 10:22 DÇ-2018
1011

Azərbaycan millisinin yer aldığı DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə C qrupu məhsuldarlığı ilə diqqət çəkir. Apasport.az saytının məlumatına görə, yığmamızın çıxış etdiyi qrupun VIII turunda 16 qol vurulub.

 

3 görüşündə bu qədər qolun qeydə alındığı qrup ümumi məhsuldarlığı ilə də seçilir. Qrupumuzun 24 matçında 79 qol vurulub.

 

C qrupunda orta məhsuldarlıq 3,29-du. Bu göstərici Avropada 3-cüdü. Yalnız H və G qruplarında daha çox qol vurulub.

 

Qrupumuzun məhsuldarlığı əsasən Almaniyanın adı ilə bağlıdı. Bundestim seçmə mərhələdə Belçika ilə birlikdə rekord sayda hərəyə 35 qol vurub.

 

Almaniya Şimali İrlandiya və Xorvatiya kimi hamıdan az – 2 top buraxıb.

 

Qrup

Oyun

Qol

Məhsuldarlıq

H

24

82

3,42

G

21

70

3,33

C

24

79

3,29

E

24

74

3,08

A

24

73

3,04

B

24

66

2,75

D

21

55

2,62

F

24

62

2,58

İ

21

51

2,43