Məhəmmədrəsul Məcidov və Hacı Əliyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü təyin olundu

Məhəmmədrəsul Məcidov və Hacı Əliyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü təyin olundu
05-09-2017 / 17:44 DÖYÜŞ NÖVLƏRİ
527

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, Fransanın paytaxtı Paris şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında Əliyev Hacı Azər oğlu və Almaniyanın Hamburq şəhərində keçirilmiş boks üzrə dünya çempionatında Məcidov Məhəmmədrəsul Yusupoviç yüksək nəticələr əldə edərək üçqat dünya çempionu adını qazanıb və Azərbaycan idmanının şöhrətini daha da artırıblar.

 

Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə üçqat dünya çempionları Hacı Azər oğlu Əliyevə və Məhəmmədrəsul Yusupoviç Məcidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib.