Dünya Kuboku: Gimnastımız 5-ci yeri tutdu

Dünya Kuboku: Gimnastımız 5-ci yeri tutdu
07-09-2017 / 10:34 DİGƏR NÖVLƏR
898

Bolqarıstanın Varna şəhərində kişi və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kubokunun növbəti mərhələsi keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 20 ölkənin qatıldığı turnirdə yığmamız da iştirak edib.

 

Komandamızın heyətində Murad Ağarzayev, Bence Talas, Yulia İnşına, Marina Nekrasova və Yekaterina Tişkova yer alıblar. Gimnastlarımızdan Bence halqalarda finala yüksəlməyi bacarsa da, yekunda 13.700 xalla 8-ci olub.

 

Qadın idmançılarımızdan ən yaxşı nəticəni İnşına göstərib. Onun sərbəst hərəkətlərlə çıxışı 12.550 xalla qiymətləndirilib və gimnastımız 5-ci pillədə qərar tutub. Dayaqla tullanma hərəkətlərində də final mərhələsində çıxış edən Yulia 6-cı, komanda yoldaşı Marina isə 8-ci olub. Marinanın müxtəlif hündürlüklü qollardakı final çıxışı 8-ci, eyni zamanda Yulianın gimnastika tirində yekun çıxışı 8-ci yerlə nəticələnib.