Yığmamız Milandan qalib kimi qayıdır

Yığmamız Milandan qalib kimi qayıdır
08-09-2017 / 09:14 TOP OYUNLARI
686

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Milanda İtaliya millisi ilə 3-cü dəfə qüvvəsini sınayıb.

 

İlk 2 görüşdə məğlub olan voleybolçularımız bu dəfə meydandan qələbə ilə ayrılıblar. Komandamız rəqibinə 3:2 (25:22, 25:13, 21:25, 20:25, 15:7) hesabı ilə qalib gəlib.

 

Beləliklə, yığmamız ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub. Təmsilçimiz bu gün Vətənə qayıdacaq.

 

Qeyd edək ki, toplanış Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı.