Həndbolçularımız Türkiyədən məğlubiyyətlə dönür

Həndbolçularımız Türkiyədən məğlubiyyətlə dönür
11-09-2017 / 10:17 TOP OYUNLARI
211

Türkiyədə qadın həndbolçular arasında 15 iyul şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 2 klubla qatılan Azərbaycan qonşu ölkədən qələbəsiz qayıdır.

 

Belə ki, yerli federasiya turnirdə “Azəryol” və “Azərsu”nun çıxışını məqsədəuyğun sayıb. Avrokubokda da mübarizə aparacaq “yolçəkənlər” ilk turda “Ardeşen”lə üz-üzə gəliblər. Həndbolçularımız 27:31 hesabı ilə uduzublar. “Azərsu” isə “Zağnosspor”la bacarmayıb. Rəqib 35:25 hesabı ilə qalib gəlib.

 

İkinci oyun günü də təmsilçilərimiz türklərlə bacarmayıblar. “Azəryol” “Zağnosspor”la heç-heçə (28:28) etdiyi halda, digər klubumuz “Ardeşen”ə uduzub (27:33).

 

Nəticədə Türkiyə təmsilçiləri finalda üz-üzə gəliblər və 36:30 hesabı ilə qələbə qazanan “Ardeşen” yarışın qalibi adına yiyələnib.