“Dibala “Yuventus”dan gedəcək”

“Dibala “Yuventus”dan gedəcək”
11-09-2017 / 17:37 FUTBOL
761

Məşhur futbol agenti Mino Rayola maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, “Yuventus”un üzvü Paulo Dibalanın gələcək karyerası haqda danışıb.

 

Rayola argentinalı hücumçunun karyerasının sonuna qədər “qoca sinyora”da qalmayacağını bildirib: “Düşünürəm ki, Dibala yaxın zamanda “Yuventus”dan gedəcək. O, özünü “Real”da və ya Mançester klublarından birində yaxşı tərəfdən göstərə bilər”.

 

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən “Yuventus”un formasını geyinir.