“El-Klasiko”nun vaxtı dəyişdirildi

“El-Klasiko”nun vaxtı dəyişdirildi
11-09-2017 / 18:33 FUTBOL
599

İspaniya çempionatının cari mövsümünün ilk “El-Klassiko”sunun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, buna səbəb “Real”la “Barselona” arasında Madriddəki qarşılaşmanın XVII tura təsadüf etməsidi.

 

“Real”ın dekabrda keçiriləcək klublararası dünya çempionatında iştirakı “Barselona” ilə matça da təsirsiz ötüşməyib. Madrid təmsilçisinin müraciətini qəbul edən təşkilatçılar dekabrın 20-də baş tutmalı olan oyunun 3 gün sonra keçirilməsinə qərar verib.

 

Qeyd edək ki, dekabrın 6-16-da keçiriləcək klublararası dünya çempionatına BƏƏ ev sahibliyi edəcək.