Premyer Liqada görülməmiş olay

Premyer Liqada görülməmiş olay
11-09-2017 / 20:08 FUTBOL
1064

İngiltərə Premyer Liqasının 4-cü turunda səfərdə “Bernli”yə uduzan (0:1) “Kristal Pelas” çempionat tarixində antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, ilk dəfə İngiltərənin yüksək dəstəsində çıxış edən bir komanda mövsümə 4 ardıcıl məğlubiyyətlə start verib.

 

“Göy-qırmızılar” çempionatın ilk 4 turunda nəinki xal qazanmaq, hətta qol belə vurmayıb ki, bu da 1924-cü ildən bəri ilk belə haldı. Həmin vaxt “Preston Nort End” belə uğursuz çıxış etmişdi. Premyer Liqanın yarandığı 1992-ci ildən bəri isə belə “nailiyyət”i heç kim əldə edə bilməyib.

 

“Kristal Pelas” bu mövsüm sadəcə bir qələbə qazanıb. Onlar İngiltərə Liqa kubokunda “İpsviç”i məğlub ediblər – 2:1.

 

Bu nəticədən sonra komandanın baş məşqçisi Frank de Bur istefaya göndərilib. Hollandiyalı keçmiş müdafiəçi işinin başında cəmi 77 gün qala bilib.

 

Maraqlıdı ki, o, bundan əvvəlki iş yerində də uğursuzluqla üzləşmişdi. De Burun “İnter”dəki vəzifəsi 88 gün çəkmişdi.