Montellanın “Milan”dakı taleyinə aydınlıq gəldi

Montellanın “Milan”dakı taleyinə aydınlıq gəldi
11-09-2017 / 20:53 FUTBOL
485

“Milan”ın baş məşqçisi Vinçenzo Montellanın klubdakı taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Latsio”ya 1:4 hesablı məğlubiyyətdən sonra qovulması gündəmə gələn çalışdırıcı hələ bir müddət də komandasının başında olacaq.

 

Bu barədə “Football İtalia” nəşri xəbər yayıb. Bildirilib ki, qeyd olunan oyundan sonra komandanın icraçı direktou Marko Fassone 43 yaşlı mütəxəssislə görüşüb ona vəzifəsini davam etdirəcəyi barəsində təminat verib.

 

Klubun çinli sahibləri isə Montellanın bu məğlubiyyəti Avropa Liqasında “Austriya” ilə oyunda unutduracağına əmidirlər.