“Hücum etməkdən çəkinməyəcəyik” – Qurban Qurbanov

“Hücum etməkdən çəkinməyəcəyik” – Qurban Qurbanov
11-09-2017 / 22:03 FUTBOL
4436

“Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. Rəqibin baş məşqçisi dünyanın ən güclülərindəndir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda çempionumuz səfərdə “Çelsi” ilə qarşılaşacaq.

 

Matçdan öncə keçirilmiş mətbuat konfransında Qurbanov fikirlərini bölüşüb: “Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafəyə oturmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. “Çelsi”nin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Çelsi”ni təmsil edir. Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.