“Onları dayandırmağa çalışacam”

“Onları dayandırmağa çalışacam”
11-09-2017 / 22:11 FUTBOL
3090

“Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdur. Qrupumuzda komandalar çox güclüdür, amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak deyib.

 

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda çempionumuz səfərdə “Çelsi” ilə qarşılaşacaq.

 

Matçdan öncə keçirilmiş mətbuat konfransında qısa açıqlama verən polşalı müdafiəçi fikirlərini bölüşüb: “Rəqibin hücumçusu Alvaro Morata “Real”da çıxış edərkən ona qarşı oynamışam. “Çelsi”nin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacam”.