Azərbaycanlı futbolçu oynadı, komandası xal itirdi

Azərbaycanlı futbolçu oynadı, komandası xal itirdi
11-09-2017 / 23:10 FUTBOL
573

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 7-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Hradeç”lə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.

 

Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan U-19 millimizin kapitanı 81-ci dəqiqədə əvəzlənib.

 

"Slaviya" geridə qalan turlarda 11 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 4-cüdü.