“Qarabağ” “Dumanlı Albion”da leysana düşdü - YENİLƏNİB

“Qarabağ” “Dumanlı Albion”da leysana düşdü - YENİLƏNİB
13-09-2017 / 00:37 FUTBOL
13904

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxıb.

 

Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gəlib.

 

Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutub. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.

 

İngilislərə qarşı bu oyun da uğursuzluqla yadda qalıb. "Ağdamlılar" ilk matçında 0:6 hesablı məğlubiyyətə üzülüb. 

 

 

 

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

 

“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 6:0

Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)

 

Baş hakim: Anastasios Sidiropulos

Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Malzinskas (Litva) 
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

London. “Stemford Bric” stadionu

 

“Çelsi”: 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 11. Pedro Rodrigez, 21. David Zappakosta, 22. Villian, 23. Miki Batşuay, 24. Qari Keyhil, 27. Andreas Kristiansen, 28. Sezar Azpilikueta

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2. Antonio Rüdiger, 9. Alvaro Morata, 10. Eden Azar, 14. Timo Bokayko, 15. Viktor Moses, 30. David Luiz

Baş məşqçi: Antonio Konte

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunusi, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszad, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov