“Qarabağ”ın rəqibləri anlaşdılar

“Qarabağ”ın rəqibləri anlaşdılar
12-09-2017 / 09:44 FUTBOL
387

“Çelsi”nin hücumçusu Dieqo Kostanın karyerasını harada davam etdirəcəyinə böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, braziliyalı forvard İspaniyaya qayıtmağa hazırlaşır.

 

Çünki “Atletiko” ulduz futbolçunun transferini, demək olar ki, yekunlaşdırıb. Klublar arasında aparılan danışıqlar artıq müsbət nəticələnib. İspaniya millisinin üzvünün yanvarda madridlilərlə müqavilə imzalaması gözlənilir. Bu keçid “zadəganlar”a 60 milyon avro qazandıracaq.

 

Qeyd edək ki, həm “Çelsi”, həm də “Atletiko” Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alıblar.