“Yuventus” “Barselona” önünə ciddi itkilərlə çıxacaq

“Yuventus” “Barselona” önünə ciddi itkilərlə çıxacaq
12-09-2017 / 09:45 FUTBOL
324

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Barselona”nın qonağı olacaq “Yuventus” səfərə ciddi itkilərlə yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qoca sinyora” 5 aparıcı oyunçusunu İspaniyaya aparmayıb.

 

Xuan Kuadrado cəzalı olduğu üçün bugünkü qarşılaşmanı buraxacaqsa, müdafiəçi Corcio Kyellini, yarımmüdafiəçilər Sami Xedira, Marko Pyaça və hücumçu Mario Mandzukiç zədədən əziyyət çəkirlər. Adıçəkilən oyunçuların hamısı kataloniyalılarla oyunun heyətindən çıxarılıb.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Barselona” – “Yuventus” görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.