Bukmekerlər “Qarabağ”ın şansını açıqladı

Bukmekerlər “Qarabağ”ın şansını açıqladı
12-09-2017 / 09:50 FUTBOL
2513

Çempionlar Liqasının ilk turunun oyunları üçün əmsallar açıqlanıb. Apasport.az saytının məlumatına görə, bukmekerlər bu gün Londonda baş tutacaq “Çelsi” – “Qarabağ” görüşünə də pul qoyuluşu qəbul edəcək.

 

Matçda ingilislər aşkar favorit kimi göstərilib. Belə ki, “Çelsi”nin qələbəsi 1,11 əmsalla qiymətləndirildiyi halda, Ağdam klubunun qalib gəlməsinə 29,00 əmsal verilib. Oyunda heç-heçə isə 10,50 əmsaldı.

 

Qeyd edək ki, görüş saat 22:45-də start götürəcək.