Messi Çempionlar Liqasının himnini çaldı - VİDEO

Messi Çempionlar Liqasının himnini çaldı - VİDEO
12-09-2017 / 10:18 FUTBOL
561

“Barselona”nın superulduzu Lionel Messi təkcə yaşıl meydanlardakı məharəti ilə kifayətlənmir. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu musiqi sahəsində də bacarığını nümayiş etdirib.

 

Belə ki, 30 yaşlı futbolçu piano arxasına keçərək, bu gün startı veriləcək Çempionlar Liqasının himnini səsləndirib. Leo almaniyalı bəstəkar Fridrix Hendelin əsərini təbəssümlə çalaraq, bir növ qitənin ən nüfuzlu turnirinin start ərəfəsində olduğuna işarə vurub.

 

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu bu gün “Yuventus”a qarşı keçirəcək.