“Qarabağ”la oyun Azarın formaya düşməsi üçün ideal matçdı”

“Qarabağ”la oyun Azarın formaya düşməsi üçün ideal matçdı”
12-09-2017 / 10:32 FUTBOL
444

“Çelsi”nin “Lester”lə oyununu izlədim, mükəmməl idilər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri sabiq şotlandiyalı futbolçu Çarli Nikolas deyib.

 

Hazırda “Sky Sports”la əməkdaşlıq edən “Arsenal”ın keçmiş hücumçusu “Çelsi”nin Çempionlar Liqasının qrup mərhələsində bu gün “Qarabağ”la keçirəcəyi matça toxunub.

 

Nikolas “zadəganlar”ın futbolçusu Eden Azarın Ağdam klubuna qarşı oynamalı olduğunu bildirib: “Edenə əvvəlki Azar olması üçün bir qədər işləmək lazımdı. “Qarabağ”la oyun onun formaya düşməsi baxımından ideal matçdı. Biz Edenə vaxt verməliyik. Yalnız bu halda, o, formasının pik həddinə çata bilər. Bunun üçün heç olmasa, 4 oyun keçirməlidi”.

 

Nikolas “Qarabağ”la qarşılaşmada London klubundan yalnız qələbə gözlədiyini əlavə edib: “Çelsi” Azərbaycan çempionu ilə oyunda meydanı qələbə ilə tərk etməlidi. Məncə, onlar üçün rahat gecə olacaq. Baş məşqçi Antonio Kontenin heyətdə bəzi dəyişikliklər etməsi gözləniləndi”.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.