Millimizin rəqibinin baş məşqçisi saxlanıldı - FOTO

Millimizin rəqibinin baş məşqçisi saxlanıldı - FOTO
12-09-2017 / 11:55 FUTBOL
783

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Şimali İrlandiya yığmasının baş məşqçisi saxlanılıb. Apasport.az saytı “The Scottish Sun” nəşrinə istinadən xəbər verir ki, buna təcrübəli mütəxəssisin içkili vəziyyətdə avtomobil idarə etməsi səbəb olub.

 

Onil bu vəziyyətlə Şotlandiyada üzləşib. Edinburq polisi 48 yaşlı çalışdırıcını şəhərin kənarında saxlayıb.

 

Onilin oktyabrın 10-da məhkəmə qarşısına çıxacağı bildirilir.

Qeyd edək ki, Şimali İrlandiya yığması seçmə mərhələdə sonuncu görüşlərini oktyabrın 5-də öz meydanında Almaniya, 3 gün sonra isə səfərdə Norveçə qarşı keçirəcək.