Ndlovudan het-trik gözləyənlər...

Ndlovudan het-trik gözləyənlər...
12-09-2017 / 12:20 FUTBOL
1147

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə keçirəcəyi oyun təkcə Azərbaycanda səbirsizliklə gözlənilmir. Apasport.az saytının məlumatına görə, Cənubi Afrikada da bu qarşılaşmaya maraq böyükdü.

 

Azarkeşlər bu gün Londonda baş tutacaq oyunda məhz “Qarabağ”ı dəstəkləyəcəklər. Səbəb isə sadədi: cənubi afrikalı futbolçu Dino Ndlovunun “Qarabağ”da çıxış etməsi.

 

Tvitterdə fəallıq nümayiş etdirən afrikalılar həm Dinoya, həm də “Qarabağ”a uğurlar arzulayıblar. Aralarında 27 yaşlı forvardın bu gecə het-trik edəcəyinə inanan da var. “Çelsi” – “Qarabağ” matçı ilə bağlı cənubi afrikalı azarkeşlərin bəzilərinin tvitterdə paylaşdıqları fikirləri təqdim edirik:

 

Şei (jurnalist) - Dino Ndlovu (“Qarabağ”) Çempionlar Liqasında “Çelsi” ilə qarşılaşacaq. Bu, xüsusi andı.

 

Metanoya - Ndlovu bu gecə “Çelsi”yə qol vuracaq.

 

Lerato Mkondo - Bütün gözlər Dinoda olacaq. “Stemford Bric”də ən yaxşısını edin. Sizinlə fəxr edirik.

 

Zola Doda – Adətən, “Çelsi”yə qarşı oynayan futbolçulara uğur arzulamıram. Ancaq Dino Ndlovuya görə, bu dəfə istisna olacaq. Uğurlar, qardaş!

 

Mncedisi Qualana - Bu gün “Qarabağ”ın ən böyük azarkeşi olacağıq. Çünki orda Ndlovumuz var.

 

Sovetan - Dino “Stemford Bric”də “Çelsi”yə qarşı özünü sübut etməyə hazırdı.

 

Bokisi – Ndlovu bu gecə het-trik edəcək.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Çelsi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.