Beyl “Mançester Yunayted”ə keçə bilərmiş...

 Beyl “Mançester Yunayted”ə keçə bilərmiş...
12-09-2017 / 12:47 FUTBOL
509

Madrid “Real”ının futbolçusu Qaret Beyl maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, “Daily Mail” nəşrinə danışan uelsli hücumçu yayda “Mançester Yunayted”ə keçmək variantının olduğunu, lakin fərqli qərar qəbul etdiyini bildirib. 

 

28 yaşlı futbolçu “Real”da qalmasını belə izah edib: “Bəli, “Mançester Yunayted”lə danışığım oldu. Bu kluba transferim mümkün idi. Amma futbolçu üçün əsas medal qazanmaqdı. Bu baxımdan Madrid komandasında şansım daha çoxdu. Mənim üçün mükafatlar böyük rol oynayır”.

Qeyd edək ki, Qaret Beyl 2013-cü ildən “Real”ın formasını geyinir. O, “kral klubu”nun heyətində 155 matçda 68 dəfə fərqlənib.