Almeydanı Londonda gözləyən hadisə

Almeydanı Londonda gözləyən hadisə
12-09-2017 / 14:48 FUTBOL
3274

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunu “Qarabağ”ın futbolçusu Riçard Almeyda üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin braziliyalı yarımmüdafiəçisi avrokuboklarda yubiley matçına çıxacaq.

 

İngiltərə “Çelsi”si ilə Londonun “Stemford Bric” stadionundakı qarşılaşma Riçardın 50-ci belə oyunu olacaq. Bunadək “Qarabağ”la 49 avrokubok görüşünə çıxan Almeydanın hesabında 7 qol var.

 

2012-ci ilin yayında “Qarabağ”a keçən braziliyalı növbəti il Avropa Liqasında Ağdam təmsilçisi ilə ilk görüşünə çıxıb. 2013-cü il iyulun 2-də Makedoniyada “Metalurq”a qarşı görüşlə başlayan avrokubok karyerasındakı görüşlərdən 31-i Avropa Liqası, 18-i Çempionlar Liqasına təsadüf edib.