Avro-2017: Rəqibimiz məğlubiyyətə üzüldü

Avro-2017: Rəqibimiz məğlubiyyətə üzüldü
12-09-2017 / 15:40 FUTBOL
359

Qadın voleybolçulardan ibarət Macarıstan millisi Bakıya səfər öncəsi yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Avro-2017-də Azərbaycan yığmasının rəqibi Minskdə Belarusla qarşılaşıb.

 

Gərgin keçən görüş macarlar üçün məğlubiyyətlə başa çatıb. Belarus yığması tay-brekdə qələbə qazanıb - 3:2 (22:25, 21:25, 25:19, 25:14,18:16).

 

Qeyd edək ki, millimiz qrup mərhələsində ilk matçını Macarıstana qarşı keçirəcək. Görüş sentyabrın 22-də olacaq.