“Real” Benzemanın transfer qiymətini açıqladı

“Real” Benzemanın transfer qiymətini açıqladı
12-09-2017 / 16:49 FUTBOL
1196

“Real”ın hücumçusu Kərim Benzemanın yeni müqaviləsinin şərtləri müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı forvard “kral klubu” ilə anlaşmasının müddətini bu yaxınlarda 2021-ci ilə qədər uzadıb.

 

Madrid təmsilçisi Benzemanın transfer dəyərini komandanın lideri Kriştianu Ronaldo ilə bərabərləşdirib. Belə ki, müqavilədəki bəndə əsasən, 30 yaşlı futbolçunun sərbəst qalma məbləği 1 milyard avrodu.

 

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən “Real”ın formasını geyinir.