10-cu səfər

10-cu səfər
12-09-2017 / 17:15 FUTBOL
284

Çempionlar Liqasının bu gün keçiriləcək “Çelsi” ilə qarşılaşması “Qarabağ” üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, bu görüş Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirində 10-cu matçıdı.

 

Çempionlar Liqasında 2014/15 mövsümündə debüt edən “Qarabağ” ardıcıl 3 turnirin hərəsində 2 dəfə rəqib meydanında qüvvəsini sınayıb. Cari mövsümdə isə komanda artıq 3 dəfə rəqib azarkeşləri önünə çıxıb.

 

Turnirin səfər matçlarında 4 qələbəsi olan Qurban Qurbanovun yetirmələri 2 heç-heçə edib və 3 dəfə məğlub olub. Ağdamlılar rəqib qapısına 7 top vurub və eyni sayda qol buraxıb.