Rəşad Sadıqovun komandası antirekordu təkrarladı

Rəşad Sadıqovun komandası antirekordu təkrarladı
12-09-2017 / 18:16 FUTBOL
975

Azərbaycan klubları Gənclər Liqasında 3-cü böyükhesablı məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, bu, “Qarabağ”la “Çelsi” arasındakı səfər matçında qeydə alınıb.

 

5 cavabsız qol buraxan Rəşad Sadıqovun komandası həm də antirekorda şərik olub. Onlar ən böyükhesablı məğlubiyyətimizi təkrarlayıblar.

 

Belə ki, indiyədək ən ağır məğlubiyyət ötən il Moskvada qeydə alınmışdı. “Qəbələ” yerli “Dinamo”ya 0:5 hesabı ilə uduzmuşdu. İlk darmadağın isə 2 il öncə yaşanmışdı. “Rəvan” digər Moskva təmsilçisi “Spartak”dan 4 cavabsız qol buraxmışdı.