Rəqiblərimizin duelində “Atletiko” sevindi

Rəqiblərimizin duelində “Atletiko” sevindi
12-09-2017 / 18:53 FUTBOL
499

Gənclər Liqasında “Qarabağ”ın mübarizə apardığı C qrupunda ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son matçında “Roma” “Atletiko”nu qəbul edib.

 

İtaliya paytaxtından baş tutan qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb. Madrid təmsilçisi “Roma”nı 2:1 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, “Qarabağ” ilk görüşdə “Çelsi”yə 0:5 hesabı ilə uduzub.