“Qarabağ” “Neftçi”yə çatdı

“Qarabağ” “Neftçi”yə çatdı
13-09-2017 / 10:11 FUTBOL
941

Çempionlar Liqasının qrup mərhələsinin I turunun “Çelsi” ilə oyununda 0:6 hesabı ilə uduzan “Qarabağ” həm də avtoqola üzülüb. Apasport.az saytının məlumatına görə, qarşılaşmada sonuncu qolun müəllifi topu öz qapısına göndərən Maksim Medvedev olub.

 

Müdafiəçimiz avrokuboklarda ilk dəfə belə uğursuzluq yaşayıb. Lakin bu top “Qarabağ” üçün ilk avtoqol olmayıb.

 

Belə ki, Ağdam klubu 2004-cü ildə də avtoqol üzüntüsü yaşayıb. Həmin vaxt UEFA kubokunun “Dukla” ilə qarşılaşmasında Azər Cabbarov qapıları səhv salıb.

 

Ümumilikdə isə Azərbaycan klublarının 8-ci avtoqolu qeydə alınıb. İki dəfə bunu yaşayan “Qarabağ”dan başqa, daha 3 komanda buna üzülüb. “Qəbələ” hamıdan çox – 3, “Neftçi” “Qarabağ” kimi 2, “Dinamo” (sonradan “Bakı”) 1 avtoqolun məyusluğunu yaşayıb.

 

Avrokuboklardakı avtoqollarımız

1998/99

22 iyul. “Arceş” (Rumıniya) – “Dinamo” – 5:1 (Rafael Əmirbəyov)

2004/05

27 iyul. “Qarabağ” – “Dukla” (Slovakiya) – 0:1 (Azər Cabbarov)

2014/15

21 avqust. “Partizan” (Serbiiya) – “Neftçi” – 3:2 (Denis Silva, Elvin Yunuszadə)

2015/16

5 noyabr. “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” – 4:0 (Sergey Zenyov)

2016/17

15 sentyabr. “Anderlext” (Belçika) – “Qəbələ” – 3:1 (Rafael Santos)

20 oktyabr. “Sent-Etyen” (Fransa) – “Qəbələ” – 1:0 (Rikardinyo)