Messinin karyerasında ilk dəfə...

Messinin karyerasında ilk dəfə...
13-09-2017 / 10:37 FUTBOL
453

“Barselona”nın futbolçusu Lionel Messi tilsimi qırıb. Apasport.az saytı xəbər verir ki, o, karyerasında ilk dəfə italiyalı qapıçı Canluici Buffona qol vurub.

 

Bu, Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində keçirilmiş “Barselona” – “Yuventus” matçında baş verib. Kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Messi dubl edib.

 

O, 45 və 69-cu dəqiqələrdə fərqlənərək, “Barsa”nın qələbəsində əsas pay sahibi olub. Bununla da, argentinalı hücumçu Buffon qarşısında “quru seriya”ya son qoyub.

 

Qeyd edək ki, Lionel Messi ÇL-dəki qollarının sayını 96-ya çatdırıb.