“Qarabağ” “Çelsi”ni ikinci etdi

“Qarabağ” “Çelsi”ni ikinci etdi
13-09-2017 / 11:01 FUTBOL
606

Çempionlar Liqasında qrup mərhələsinin dünən baş tutan matçlarında ən çox driblinq edən komandalar müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu baxımdan “Barselona” liderliyi ələ keçirib.

 

“Nou Kamp”da “Yuventus” üzərində 3:0 hesablı qələbəyə sevinən kataloniyalıların üzvləri 38 dəfə driblinqə ehtiyac duyublar ki, bunun 28-də uğurlu olublar. Yəni “Barsa”nın driblinqlərinin 74 faizi dəqiq alınıb.

 

Bu baxımdan ikinci yerdə “Qarabağ”ı 6:0 hesabı ilə məğlub edən “Çelsi” qərarlaşıb. “Zadəganlar”ın futbolçuları Azərbaycan çempionu ilə “Stemford Bric”dəki qarşılaşmada 35 driblinqə cəhd ediblər və bunun 71 faizində istəklərinə nail olublar.

 

Futbolçular arasında isə “Barselona”lılar ilk “üçlüy”ü bölüşürlər. Lionel Messi 14 dəfə rəqib oyunçularını aldatmağa çalışıb və 9-da bunu bacarıb. Onu komanda yoldaşları Osman Dembele (7 cəhd, 6 uğurlu) və Andres İnyesta (6 cəhd, 6 uğurlu) izləyiblər.