“Özüm əvəzlənmək istədim” – Ruslan Abışov

“Özüm əvəzlənmək istədim” – Ruslan Abışov
13-09-2017 / 13:26 FUTBOL
1089

“Neftçi”nin kapitanı Ruslan Abışov zədələnib. Bu barədə apasport.az saytına futbolçu özü məlumat verib.

 

Premyer Liqanın IV turunda “Sumqayıt”la səfər qarşılaşmasının ikinci hissəsində ayağında ağrılar hiss edən 30 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə yerini Tərzin Cahangirova verib.

 

Özü əvəzlənmək istədiyini söyləyən Azərbaycan millisinin üzvü zədəsinin ciddi olmadığını bildirib: “Oyunun gedişində hiss elədim ki, bir az da gücə salsam, əzələ ilə bağlı ciddi zədə alacam. Buna görə də, özüm əvəzlənmək istədim. Ancaq elə ciddi zədəm yoxdu. Ümid edirəm ki, növbəti oyunlarda da meydanda olacam”.

 

Qeyd edək ki, “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olan “Neftçi” 4 turdan sonra 1 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.