“Neymarın yox, Messinin gedişi ağır olardı”

“Neymarın yox, Messinin gedişi ağır olardı”
13-09-2017 / 13:52 FUTBOL
849

“Barselona”nın müdafiəçisi Xordi Alba yay fasiləsində Neymarın “Barselona”dan PSJ-yə transferini dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu braziliyalının gedişinə üzülmədiyini söyləyib.

 

Alba komanda yoldaşı Lionel Messinin “Barselona”da qalmasının onlar üçün yetərli olduğunu bildirib: “Həm Neymarı, həm də “Barselona”nı tərk edən bütün futbolçuları unutmaq lazımdı. “Barsa”dan getmək istəyən oyunçular artıq bizimlə deyillər. Buna görə də, belə şeylər haqda danışmaq yersizdi. Əsas odu ki, Messi bizimlədi. Leo fərqli tarixdi. Neymarın yox, onun gedişi bizim üçün ağır olardı. Əgər Messi “Barselona”nı tərk etsə, deməli, biz onun tələblərinə cavab vermirik. Leo unikaldı”.

 

Qeyd edək ki, Neymar PSJ-yə 222 milyon avro müqabilində keçib.