“Qarabağ” üçün başladılar

“Qarabağ” üçün başladılar
13-09-2017 / 19:32 FUTBOL
1132

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Kəpəz” səfər oyununun hazırlıqlarına başlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Bakıda məşq edən “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir.

 

Məşq prosesləri hər gün saat 11:00-a təyin olunub. “Kəpəz” matç öncəsi son məşqinə isə oyunun keçiriləcəyi arenada çıxacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” oyunu sentyabrın 17-də keçiriləcək.