Azərbaycanlı futbolçu qələbədə iştirakçı oldu

Azərbaycanlı futbolçu qələbədə iştirakçı oldu
13-09-2017 / 22:11 FUTBOL
1081

Futbol üzrə Makedoniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Tural Hümbətovun komandası “Pobeda” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Breqalniça” ilə qarşılaşıb. Beş qolluq oyunda qələbəni futbolçumuzun komandası bayram edib – 3:2.

 

Tural da bu görüşün iştirakçısı olub. “Pobeda”nın əsas heyət üzvünə çevrilən Hümbətov bu oyunda da ilk dəqiqələrdən meydanda olub.

 

Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu oktyabrın 18-də “Pobeda”nın meydanında keçiriləcək.