“Qəbələ”də iki əskik

“Qəbələ”də iki əskik
13-09-2017 / 23:04 FUTBOL
291

“Qəbələ” Azərbaycan Premyer Liqasının V turunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, birgünlük istirahətdən sonra sentyabrın 12-də Bakıda bir araya gələn “qırmızı-qaralar” məşqlərini paytaxtda keçirir.

 

Komanda Premyer Liqanın debütantı “Səbail”lə səfər matçının hazırlığı çərçivəsində gündə bir dəfə məşqə çıxır. Zədə səbəbindən iki futbolçu məşq prosesindən kənar qalıb. Bunlar ötən turun “Zirə” ilə matçında zədələnən Filip Ozobiçlə Stiven Jozef-Monrozdur.

 

Qeyd edək ki, “Səbail” – “Qəbələ” oyunu sentyabrın 17-i keçiriləcək.