“Beşiktaş” Kasilyasın rekordunu korladı

“Beşiktaş” Kasilyasın rekordunu korladı
14-09-2017 / 00:54 FUTBOL
390

“Portu”nun qapıçısı İker Kasilyas üçün Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Beşiktaş”a qarşı keçirilən oyun (1:3) rekordlarla əlmatədar olub. Apasport.az saytının məlumatına görə, matça start heyətində başlayan “çərçivə qoruyucusu” bununla da qitənin ən nüfuzlu klub turnirində 19-cu mövsümünə start verib.

 

Kasilyas bu göstəricidə Rayan Giqqzə çatıb. 

İspaniya millisinin keçmiş qapıçısı 1999/2000 mövsümündən ÇL-də fasiləsiz çıxış edir ki, bu özü də turnirin mütləq rekordudur. 

Əlavə olaraq, Kasilyas ÇL-in qrup mərhələsində 165 (təsnifat mərhələsi də nəzərə alınmaqla 174) oyun keçirib və bu da rekord göstəricisidir.