ÇL-də I turun ən yaxşı qolu: “Çelsi” – “Qarabağ” matçı da seçilənlər arasında

ÇL-də I turun ən yaxşı qolu: “Çelsi” – “Qarabağ” matçı da seçilənlər arasında
14-09-2017 / 09:56 FUTBOL
771

Çempionlar Liqasının (ÇL) ilk turunun ən yaxşı qolu adına namizədlər açıqlanıb. Apasport.az saytı xəbər verir ki, UEFA qalibi müəyyənləşdirmək üçün 5 qol seçib.

 

Onların sırasında “Çelsi” – “Qarabağ” matçında vurulan qol da var. Söhbət Pedro Rodrigesin 5-ci dəqiqədə hesabı açdığı qoldan gedir.

 

Avropanın ali futbol qurumu bununla yanaşı, Dortmund “Borussiya”sının üzvü Andrey Yarmolenkonun “Tottenhem”ə və “Beşiktaş”ın hücumçusu Cenk Tosunun “Porto”ya vurduğu qolu da fərqləndirib.

 

“Beşlik”də “Tottenhem”in forvardı Harri Keynin “Borussiya” ilə görüşdə imza atdığı ilk qol və “Barselona”nın superulduzu Lionel Messinin “Yuventus”a vurduğu birinci qol da yer alıb.

 

Qalibi müəyyənləşdirmək üçün azarkeşlər arasında səsverməyə start verilib. Ən çox səs toplayan qol ÇL-də ilk turun ən baxımlı qolu seçiləcək.