Poqbanın durumuna aydınlıq gəldi

Poqbanın durumuna aydınlıq gəldi
14-09-2017 / 13:13 FUTBOL
275

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın durumuna aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Çempionlar Liqasının qrup mərhələsində “Bazel”lə keçirilən (3:0) qarşılaşmada zədələnən Fransa millisinin üzvünün sağalma prosesi bir qədər də uzana bilər. Belə ki, həkimlər onun ay yarım sonra dönüşünü də istisna etmirlər.

 

Bu isə o deməkdi ki, ulduz futbolçu Premyer Liqada “Everton”, “Sauthempton”, “Kristal Pelas”, Çempionlar Liqasında MOİK, Fransa millisinin heyətində isə Bolqarıstan və Belarusla seçmə mərhələ matçlarını buraxacaq. Poqbanın hətta oktyabrın 14-də “Liverpul”la görüşdə iştirak şansı da az göstərilir.