İsraildə doğulub, ABŞ-da yaşayır, Azərbaycanın formasını geyinəcək

İsraildə doğulub, ABŞ-da yaşayır, Azərbaycanın formasını geyinəcək
03-10-2017 / 18:05 DİGƏR NÖVLƏR
5257

Fiqurlu konkisürmə üzrə Azərbaycan yığması daha bir legioneri milliləşdirib. Apasport.az saytının məlumatına görə, Pxenyan-2018 ərəfəsində yerli federasiya Kim Çeremskiyə Azərbaycan pasportu verib.

 

İsraildə anadan olub, ABŞ-da yaşayan idmançı 16 yaşını ötən ay qeyd edib. Artıq 9 ildi okeanın o tayında məskunlaşan Çeremskinin məşqçiləri sabiq Olimpiya çempionu Viktor Petrenko və Qalina Zinyevskayadı.

 

Millimizin heyətinə qatdığı yeni legioner əvvəllər Ukrayna yığmasının heyətini qorusa da, artıq Azərbaycan bayrağı altında da qüvvəsini sınamağa imkan tapıb. O, son olaraq Almaniyanın Oberstorf şəhərində keçirilən beynəlxalq turnirdə qüvvəsini sınayıb. Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bu yarışda uğursuz çıxış edən Kim 33 iştirakçı arasında 20-ci yeri tutub.

 

Yeri gəlmişkən, bu turnirdə kişilərin mübarizəsində Larri Loupulaver də 26 idmançı arasında 21-ci olmaqla, yığmaya məyusluq yaşadıb.

 

Oberstorfda komandamızın şərəfini qoruyan Anastasiya Qaliyeta və Avidan Braun cütlüyü ilə buz üzərində rəqslərdən 18 idmançı arasında 15-ci olub.