Azərbaycanla görüşün bombardiri oldu, yığmadan ayrıldı

Azərbaycanla görüşün bombardiri oldu, yığmadan ayrıldı
04-10-2017 / 14:51 TOP OYUNLARI
649

Azərbaycan və Gürcüstanda keçirilən Avropa çempionatından sonra Türkiyə yığmasının daha bir voleybolçusu karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, Gözde Kırdarın ardınca Neriman Özsoy da əsas komanda ilə vidalaşdığını açıqlayıb.

 

2008-ci ildə Türkiyə millisində debüt edən hücumçu bildirib ki, Avropa çempionatında 3-cü yer uğrunda Azərbaycanla oyun onun “ay-ulduzlu” formada son görüşü olub.

 

Qeyd edək ki, yığmamıza 3:1 hesabı ilə qalib gələn Türkiyə yığmasının heyətində Özsoy xüsusilə fərqlənmişdi. O, 23 dəqiq zərbə ilə matçın bombardiri də olmuşdu.