Klublarımın Avropa çempionatı üçün heyəti açıqlandı

Klublarımın Avropa çempionatı üçün heyəti açıqlandı
06-10-2017 / 09:47 STOLÜSTÜ OYUNLAR
418

Sabah Türkiyənin Antalya şəhərində şahmat üzrə klublararası Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, oktyabrın 15-də başa çatacaq yarışda Azərbaycanı kişilər və qadınlardan ibarət “Odlar Yurdu” klubu təmsil edəcək.

 

Kişilərdən ibarət komandamızda yenə liderlərdən Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov olmayacaq. Əvəzində Arkadi Naydiç (2702), Rauf Məmmədov (2678), Qədir Hüseynov (2647), Eltac Səfərli (2632), Nicat Abasov (2587) və Azər Mirzoyev (2555) taxta arxasına keçəcəklər.

 

Kişi şahmatçıların mübarizəsində 36 klub mübarizə aparacaq. “Odlar Yurdu” reytinqinə görə çempionatın 6-cısıdı.

 

Qadınlardan ibarət “Odlar Yurdu”nda isə ölkənin ən güclüləri cəmləşib. Orta reytinqinə görə çempionata qatılacaq 12 komanda arasında 4-cü olan təmsilçimizin heyətində Gülnar Məmmədova (2385), Ülviyyə Fətəliyeva (2348), Aydan Höccətova (2341), Xanım Balacayeva (2319) və Zeynəb Məmmədyarova (2298) yer alacaqlar.